Allahşükür Paşazadə özünü İranın Azərbaycandakı nümayəndəsi sayır…backend

Allahşükür Paşazadə özünü İranın Azərbaycandakı nümayəndəsi sayır…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şeyxi qınamayın…

Çünki Allahşükür Paşazadə özünü İranın Azərbaycandakı nümayəndəsi sayır…

Son günlər, bilinmir havanın isti keçməsindəndi, ya nədəndi, hamı düşüb 72 yaşında “vicdanın nə olduğunu bilmədiyini” öz dilindən etiraf edən şeyxin üstünə ki, sən niyə Azərbaycanın Ermənistanla apardığı 44 günlük Vətən müharibəsində ordumuzun qazandığı qələbəni Xomneinin müharibənin 38-ci günündə verdiyi şübhəli “Qarabağ islam torpağıdır” fətvasının kölgəsində gizlədirsən?!
Şeyxin İranın dini lideri Ayətullah Xamenei ilə bağlı dediklərinin ölkədə etirazla qarşılanmasını başa düşmək əslində çətin deyil. Çünki şeyx daim bütün maddi və mənəvi dəstəyi islamın bütün ehkamlarının əleyhinə çıxan İran İslam respublikasının dini liderindən alması heç kimə sirr deyil…
Şeyxi çox qınamaq da düz deyil, ona görə ki, bu adam heç cavanlıqda öz fikrini normal ifadə edə bilmirdi, gəlki indi də ta qocalıb əldən düşüb, amma şeyxin xomeneidən gördüyü faydanı o, heç zaman unuda da bilməz axı!
Əgər sayğıdəyər ictimaiyyətimiz unutmayıbsa, “xala xatirin qalmasın” motivli də olsa, ölkəmizə verdiyi dəstəyə görə, deyəsın axı, Şeyx qardaş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana da təşəkkür etmişdi. Bəs, məhz Xamnei ilə bağlı dediyi bir kaç fətva xalq tərəfindən niyə bu qədər kəskin etirazla qarşılanır?..
Bu sualın cavabı çoxdur, amma bunlardan tək birinə toxunacam.
Ərdoğan, Vətən müharibəsinin başladığı ilk saatlardan 44 gün boyunca hər gün deyib və indi də deyir: Azərbaycanı dəstəkləyirik, Can Azərbaycanın yanındayıq, xaricdən müdaxilə olarsa, dərhal biz də müdaxilə edəcəyik, bir millət-iki dövlətik, ehtiyac yaranarsa, tək dövlət kimi hərəkət edəcəyik, Qarabağ qırmızı xəttimizdir, qırmızı xəttimizi keçsə, atamın oğlu olsa belə, gözünün yaşına baxmaram…
Ayətullah Xamenei isə müharibədən əvvəl də, müharibə dövründə də dini lderi olduğu İranın öz ərazisindən təyyarələrlə, böyük maşın karvanları ilə Ermənistana raket, tank, top, növ-növ silah-sursat daşınmasına kömək göstərməsi danılmaz faktdır! Gəncədə, Tərtərdə, Bərdədə, Ağdamda, Ağcabədidə, Füzulidə Beyləqanda yüzlərlə günahsız dinc müsəlman bacı və qardaşlarımızı həlak edən Ermənistana və onun bəlli himayəçilərinə səssiz qaldığı da həmçinin!
Azərbaycanın müzəffər ordusu düşməni darmadağın edib kapitulyasiya durumuna saldıqdan sonra, yəni Vətən müharibəsinin 38-ci günü, noyabr ayının 3-də, müharibənin bitməsinə 6 gün qalmış Xomneyi şübhəli və ittihamedici bir fətva verdi:
“Qarabağ Azərbaycana məxsusdur və Azərbaycan bu ərazini əldə etməkdə haqlıdır. Ancaq orada yaşamaq istəyən ermənilərin də təhlükəsizliyi təmin edilməlidir. Münaqişə ocağına terrorçuların cəlb edilməsilə bağlı etibarlı mənbələrdən məlumatlar var və bu terrorçular İran sərhədlərindən uzaq saxlanılmalıdır”- dedi!
Siz deyin, Vətən müharibəsi boyunca Azərbaycana mükəmməl dəstək verən Ərdoğanla Ermənistana hərbi, maddi və hər cür yardım göstərən İran dövlətinin dini lideri Xameneilə müqaisə etməyin adı nədir?! Bunun düşmənçilikdən başqa adı varmı?!
Bax, Şeyx Allahşükür Paşazadə daim bu cür olub və təəssüf ki, bu gün də bu cür olmaqda davam edir…

Tapdıq Abbas