Almaniya hərbi təyyarələrini Litvaya YERLƏŞDİRİRbackend

Almaniya hərbi təyyarələrini Litvaya YERLƏŞDİRİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya hərbi təyyarələri NATO təlimləri çərçivəsində Litvaya yerləşdirilir.

İnterpress.az xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

NATO-nun Griffin Lightning beynəlxalq hərbi təliminin başlaması ilə əlaqədar olaraq, müttəfiqlərin helikopterləri Litva ərazisi üzərində alçaq hündürlükdə, o cümlədən sərhəd rayonlarında uçuşlar həyata keçirəcək.

“Griffin Lightning 2025” irimiqyaslı təlimi təxminən 150 metr yüksəklikdə uçacaq Almaniyanın 30 hərbi helikopterinin iştirakı ilə Litvada baş tutacaq.

Xuraman Etibarlı

İnterpress.az