“Dünyanın nizamı təhlükədədir”.
İnterpress.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Bundesver konfransında çıxışı zamanı deyib.
O bildirib ki, Rusiya-Ukrayna, HƏMAS-İsrail müharibəsi qlobal siyasi vəziyyətə təsir edir.
Kanslerin sözlərinə görə, Almaniya hökuməti növbəti onillikdə öz silahlı qüvvələrinə daha çox sərmayə qoymaq istəyir.
Qeyd edək ki, daha əvvəl bir çox siyasətçilər dünyada baş verən geosiyasi kataklizmlərin fonunda Üçüncü Dünya müharibəsinin yaxın zamanlarda başlana biləcəyi barədə xəbərdarlıqlar ediblər.