Almaniya Rusiyadakı vətəndaşlarına xəbərdarlıq edibbackend

Almaniya Rusiyadakı vətəndaşlarına xəbərdarlıq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya Xarici İşlər Nazirliyi vətəndaşlarına Rusiyaya səfər etməmək barədə xəbərdarlıq edib və Rusiyadakı vətəndaşlarını yaxın günlərdə ehtiyatlı olmağa çağırıb.

Bu barədə Almaniya XİN-in yaydığı bəyanatda deyilir.

Eyni zamanda nazirlik Ukrayna ilə həmsərhəd şəhərlərə səfərlərlə bağlı da xəbərdarlıq edib. Qeyd olunub ki, Belqorod, Kursk, Bryansk, Voronej, Rostov və Krasnodara getmək təhlükəlidir.

“2023-cü il fevralın 20-dən fevralın 26-dək Rusiya hökuməti bir sıra tədbirlər, o cümlədən 23 və 24 fevral tarixlərində bayram günləri keçirməyi planlaşdırır. Xüsusilə sayıq və diqqətli olun, böyük izdihamdan çəkinin”.