Almaniya bütün nazirliklərin əlavə xərcləmə öhdəliklərini müvəqqəti olaraq dondurub.
Almaniya Konstitusiya Məhkəməsinin borc əyləci ilə bağlı qərarından sonra Almaniya koalisiya hökumətinin büdcə böhranı getdikcə dramatikləşir.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Almaniya Maliyyə Nazirliyinin büdcədən məsul müşaviri Verner Gatzerin bütün nazirliklərə göndərdiyi məktubda bütün federal büdcədə gələcək xərc öhdəliklərinin müvəqqəti olaraq dondurulduğu bildirilib.
Məktubda ilkin olaraq yalnız İqlim və Çevrilmə Fondu üçün qüvvədə olan büdcə dondurmasının federal büdcənin böyük bir hissəsini əhatə edəcək şəkildə genişləndirildiyi, nazirlik və qurumların mövcud öhdəliklərinin yerinə yetirilməsinə davam ediləcəyi bildirilib.
Gatzerin məktubunda “federal büdcənin ümumi büdcə vəziyyətini nəzərdən keçirməsinin zəruri olduğu” ifadə edilərək, büdcə dondurulduqdan sonra nazirliklərin tələb etdiyi xərclərə xüsusi fərdi hallarda icazə veriləcəyi vurğulanıb. Oktyabrın 15-də Almaniya Konstitusiya Məhkəməsi Almaniya koalisiya hökumətinin yeni növ koronavirus (COVID-19) epidemiyasından 60 milyard avro istifadə olunmamış krediti iqlim fonduna köçürmək qərarını konstitusiyaya zidd hesab edib.