Almaniyadakı Yevangelist Kilsə Şurasının (EKD) sədri Annette Kurschus 1990-cı illərdə kilsə işçisi ilə bağlı cinsi zorakılıq işini ört-basdır etməkdə ittiham olunaraq vəzifəsindən istefa verdiyini açıqlayıb. Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir. Siegen prokurorluğu cinsi istismar iddiası açıb. 1990-cı illərdə Siegen bölgəsində keçmiş kilsə işçisinə qarşı və bir müddət eyni kilsədə işləyən Kurschusun da bu işi ört-basdır edib-etmədiyini araşdırdığı öyrənilib.
Kurschus jurnalistlərə verdiyi açıqlamada Almaniya mətbuatında ona qarşı irəli sürülən ittihamları rədd edərək hər iki kilsənin rəhbəri vəzifəsindən istefa verib.
Təxminən 20 milyon protestant xristianı təmsil edən EKD-yə təzyiq çox artdı və EKD rəsmiləri Kurschusdan uzaqlaşıblar.