Almaniyada vətəndaşlıq almaq asanlaşa bilərbackend

Almaniyada vətəndaşlıq almaq asanlaşa bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alman koalisiya hökuməti miqrantların Almaniya vətəndaşlığını əldə etmələrini asanlaşdırmağa çalışır.

İnterpress.az xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.

“Bild” yazıb ki, Daxili İşlər Nazirliyi Almaniyada yaşayan əcnəbilərə vətəndaşlıq üçün 8 deyil, 5 ildən sonra müraciət edə biləcək qanun layihəsi üzərində işləyir.

Nəşrin məlumatına görə, qanun layihəsinə əsasən, valideynlərdən birinin Almaniyada 5 il qanuni yaşamaq hüququ varsa, Almaniyada doğulan əcnəbi uşaqlara avtomatik olaraq vətəndaşlıq veriləcək.

Bundan əlavə, yaşı 67-dən yuxarı olan şəxslərdən artıq yazılı dil imtahanı tələb olunmayacaq və vətəndaşlıq üçün şifahi ünsiyyət bacarıqları kifayət edəcək.

Bundan əlavə, bir neçə gün əvvəl “The Local” saytı miqrantların ikili vətəndaşlıq hüququna malik ola biləcəyini, hazırda buna Almaniyada yalnız Avropa İttifaqı və İsveçrə vətəndaşları üçün icazə verildiyini bildirib.