Altı ayda Azərbaycanda 322 nəfər intihar edib – VİDEObackend

Altı ayda Azərbaycanda 322 nəfər intihar edib – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş Prokurorluğun Mətbuat Xidməti tərəfindən ictimaiyyətə növbəti videomüraciət təqdim olunub.

videomüraciətdə deyilir:

“Müasir dövrdə cəmiyyətin sağlam gələcəyini təhdid edən sosial problemlərdən biri də intihardır. Müxtəlif psixoloji (və ya sosial) problemlərin nəticəsi olaraq hər il minlərlə insan öz istəyi ilə həyatına son qoyur. Təəssüflər olsun ki, təkcə 2021-ci ilin birinci yarımili ərzində ölkə ərazisində baş verən intihar hadisələri nəticəsində 322 nəfər həyatını itirib.

Bu faciəvi sonluqdan qaçmaq üçün psixoloji dəstəyə ehtiyacı olan insanları görməzdən gəlməməli, onlara laqeyd yanaşmamalıyıq. Həyat və insanlar sandığın qədər əzabverici deyil, dəyişməli olan baxış bucağındır! Qaranlıqdan sonra günəş mütləq doğacaq, həyatın nəzarətini ələ al!”