AMB: “İnflyasiya ilin sonuna faktiki templərdən aşağı olacaq”backend

AMB: “İnflyasiya ilin sonuna faktiki templərdən aşağı olacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Mərkəzi Bankı proqnozlara görə inflyasiyanın xarici mühitinin nisbətən əlverişli olacağı şəraitdə onun ilin sonuna faktiki templərdən aşağı olacağını proqnozlaşdırır.

İnterpress.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan bildirilib.

Məlumata görə, ortamüddətli dövrdə isə inflyasiyanın hədəf diapazonuna qayıdacağı gözlənilir.

“Mərkəzi Bank qlobal və ölkə iqtisadiyyatında, maliyyə bazarlarında baş verən proseslərin davamlı monitorinqini, həmçinin inflyasiyanın struktur və amillər üzrə təhlillərini aparır. Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar faktiki inflyasiyanın proqnoza uyğunluğu, xarici və daxili inflyasiya risklərinin reallaşması dərəcəsi nəzərə alınmaqla qəbul ediləcəkdir”, – məlumatda deyilir.

Dövlət Statistika Komitəsi məlumatına əsasən, bu ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi ötən ilin yanvar-may aylarına nisbətən 112,6 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 117,9 %, qeyri-ərzaq məhsulları üzrə 106,6 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,2 % təşkil edib.

Cari ilin may ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,7 %, əvvəlki ilin may ayına nisbətən 113,7 % təşkil etdib.

2022-ci ilin may ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101 %, əvvəlki ilin may ayına nisbətən 120,2 % təşkil edib.