Amerikanın USS Carl Vinson təyyarədaşıyan gəmisi Yaxın Şərqə GƏLDİ – VİDEObackend

Amerikanın USS Carl Vinson təyyarədaşıyan gəmisi Yaxın Şərqə GƏLDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikanın USS Carl Vinson (CVN-70) təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəlib. O, artıq regionda olan USS Harry Truman (CENTCOM) təyyarədaşıyıcı gəmisinə qoşulub.

İnterpress.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Eyni zamanda, ərəb mediası ötən gecə Amerikanın Səna da daxil olmaqla husilərin nəzarətində olan Yəmən ərazilərinə silsilə zərbələr endirib.

O, martın sonunda ABŞ-nin müdafiə naziri Heqsetin tapşırığı ilə Quam adasından Yaxın Şərq regionuna göndərilib.

Bölgəyə əlavə qüvvələrin göndərilməsində əsas məqsədin Amerikanın Yəməndə husilərə qarşı əməliyyatına dəstək olduğu qeyd edilib.

Xuraman Etibarlı

İnterpress.az