“Amrahbank”a borc öhdəliyi olan hüquqi və fiziki şəxslərin NƏZƏRİNƏbackend

“Amrahbank”a borc öhdəliyi olan hüquqi və fiziki şəxslərin NƏZƏRİNƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə “Amrahbank” ASC müflis elan edilib və iflas proseduruna başlanıb.

Eyni qərarla Əmanətlərin Sığortalanması Fondu “Amrahbank” ASC-nin ləğvedicisi təyin edilib.

İnterpress.az-ın məlumatına görə bununla əlaqədar olaraq Əmanətlərin Sığortalanması Fondu müflis elan edilmiş “Amrahbank” ASC qarşısında borc öhdəliyi (kreditləri) olan hüquqi və fiziki şəxsləri məlumatlandıraraq bildirib ki, ödənişlərini köçürmə yolu ilə ləğv prosesində olan (LPO) “Amrahbank” ASC-nin Mərkəzi Bankda açılmış xüsusi ləğvetmə hesabları vasitəsilə, nağd qaydada isə LPO “Amrahbank” ASC-nin baş ofisi (Bakı şəhəri üzrə) və filial şəbəkəsi (şəhər (Bakı istisna olmaqla) və rayonlar üzrə), eyni zamanda, “Milliön” ödəniş terminalları vasitəsilə həyata keçirə bilərlər.

Mərkəzi Bankda açılmış xüsusi ləğvetmə bank hesabların rekvizitləri:

LPO “Amrahbank” ASC, VÖEN 1400064171

Mərkəzi Bank, VÖEN 9900071001

SWIFT.BIK  (AZN) NABZAZ 2C

SWIFT.BIK  (xarici valyuta) NABZAZ 2X

Kod – 501004

Müxbir hesab AZN  AZ74NABZ01451700000000001944AZN

Hesablaşma hesabı AZN  AZ68NABZ01350100000000060944AZN

Müxbir hesab EUR AZ58NABZ01452800000000007954EUR

Hesablaşma hesabı EUR AZ50NABZ01350200000000059954EUR

Müxbir hesab USD AZ51NABZ01452800000000015840USD

Hesablaşma hesabı USD AZ87NABZ01350200000000060840USD

LPO “Amrahbank” ASC-yə borcu olan şəxslər borclarının ödənilməsinə dair əlavə məlumat əldə etmək üçün aşağıdakı ünvana müraciət edə bilərlər:

Bakı şəhəri, Xocalı prospekti 36 A, ləğv prosesində olan “Amrahbank” ASC-nin baş ofisi.

Əlavə məlumat üçün əlaqə nömrəsi (+99412) 480-28-39.