Anapada Yeni il tətilləri üçün sifarişlərin 90%-i ləğv edilib.
İnterpress.az xəbər verir ki, bu barədə “İzvestiya” yazıb. Nəşr bildirir ki, Rusiyanın Anapa şəhərində Yeni il tətilləri üçün sifarişlərin 90%-i mazut dağılmasından sonra çirklənməyə görə ləğv edilib.
Ekoloqlar hesab edirlər ki, Qara dəniz sahillərində çirklənmənin tam aradan qaldırılması bir neçə ilə qədər vaxt apara bilər.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 26-da Krasnodar diyarında federal səviyyəli fövqəladə vəziyyət tətbiq edilib.
Xuraman Etibarlı
İnterpress.az