Anar Məmmədovun işi ilə bağlı xəbər varbackend

Anar Məmmədovun işi ilə bağlı xəbər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətəninfo.azxəbər verir ki,”Cirminal.az”saytı rəhbəri Anar Məmmədovun rəhbərlik etdiyi saytda “Məlahət”MMC-nin rəhbəri Məlahət Qurbanovanın haqqında bir neçə dəfə birtərəfli şəkildə yayımlanan məqalələr,ikincinin yazılan məqalələrdə işgüzar nüfuzuna xələl gətirildiyi,eyni zamanda şərəf və ləyaqətinin tapdandığı əsas gətirilərək məhkəməyə müraciət edilib.

Qeyd edək ki,Anar Məmmədov bu məhkəməyə qədər də,digər məhkəmədən haqqında höküm var.
Məlahət Qurbanovanın hüquqlarını müdafiə edən tanınmış vəkil  Çingiz Hacıyev müxbirimizə bildirib ki,özünü,gah sayt rəhbəri,gah da bloger kimi təqdim edən,güya cinayətkar aləmlə mübarizə sahəsində müəyyən rol oynamağa çalışan Anar Məmmədov Azərbaycan Respublikası qanunlarına zidd olaraq,vətəndaşın şərəf və ləyaqətini alçaldan ifadələr işlətdiyinə görə,barəsində xüsusi ittiham qaydasında məhkəməyə müraciət ediblər  və onun haqqında Ağdam rayon Məhkəməsində prosesi başlanıb.
Vəkil bildirib ki,iş hazırda baxış mərhələsindədi.İş üzrə məhkəmə tərəfindən ekspertiza təyin olumub: “Ekspertizanın rəyi 4 iyun tarixində keçirilən məhkəmə prosrsində elan olunmalı idi.Təxmini məlumatımıza görə,artıq Anar Məmmədov bilir ki,həmin rəydə onun yazılarında işlətdiyi sözlər təhqir və böhtan kimi qiymətləndirilib.Ona görə də  məhkəməyə   gəlməkdən müxtəlif bəhanələrlə  yayınır.Özünün də qanuna zidd əməl törətdiyini cəmiyyətdən gizlətmək və içtimai fikri çaşdırmaq,yayındırmaq üçün bütün fikri-zikri müxtəlif mətbuat səhiflərində,eyni zamanda özünün saytında Məlahət xanımın ünvanına yenidən özənə tərz bildiyi formada onu təhqir etməyə çalışır.Güya Məlahət Qurbanovanın bununla şəxsi qəsti-qərəzliyi var və o kiminsə sifarişini yerinə yetirmək,onu bunu həbs etdirmək istəyir.Əsla bu belə deyil.Belə olsaydı Məlahət Qurbanova məhkəməyə müraciət etməzdən əvvəl,Anar Məmmıdova pritenziya yazaraq ondan həmin yazılarda ifadələrin çıxarılmasın tələb etməmişdən elə məhkəməyə müraciət edərdi”. Vəkil qeyd edib ki,lakin Anar Məmmədov o ifadələri prinsipial formada çıxarmaqdan imtina etdikdən sonar,onlar məhkəməyə müraciət ediblər: “Buradan aydın görünür ki,burada sifarişdən və şəxsi qərəzçilikdən söhbət gedə bilməz.Onun barəsində Bakı Ağır Cinayyətlər Məhkəməsinin 2019-cu ildə qanuni qüvvəyə minmiş hökümü var və həmin hökümə əsasən 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilib.Amma onun cəzası şərti hesab olunduğundan və ona sınaq müddəti verilmişdi.Bu müddət ərzində də o yeni əməllər törətməkdə davam edir,əməlləri yeni məsuliyyətlər yaradır.Yəni burada bizim Anar Məmmədovu tutdurmaq fikrində olduğumuzu düzgün ifadə etmir.Ona dəfələrlə təklif olunub ki,işlətdiyi frazanı mətbuat orqanında,yəni özünün saytında təkzib versin,üzür istəsin və biz ona qarşı olan cinayyət təqibimizdn əl çəkək.Lakin o bu yoldan,yəni bir jurnalist kimi,ona jurnalist demək olarsa,başqasına qarşı törətdiyi əməllərə görə üzür istəmək əvəzinə,ona qarşı yenidən bu böhtanları davam etdirirsə,biz belə bir şəxsə necə güzət edək.Cəmiyyətdə başa düşməlidir ki,hər bir kəs törətdiyi əmələ görə cəzasın almalıdır.Demək istəyirəm ki,başqa mətbuat orqanlarına yalan informasiyalar verərək,özünə tərəfdarlar axtarmaqla heç bir şeyə nail olmaq olmaz.Qanuna hörmətlə yanaşmaq lazımdı Anar Məmmədov “.

İnterpress.az