Ankarada 13-cü əsrə aid olduğu ehtimal edilən İbranicə 3 qızıl vərəqli kitab aşkarlanıb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Kahramankazan rayonunda aparılan kəşfiyyat işləri nəticəsində oktyabrın 6-da sözügedən tarixi əsərlər üçün 4 nəfərin müştəri axtardığı məlum olub.
Kahramankazan Respublika Prokurorluğunun koordinasiyasında həyata keçirilən əməliyyatda şübhəlilərdən 13-cü əsrə aid olduğu güman edilən yəhudiliyə aid 3 İbranicə əlyazması ələ keçirilib.
Təxminən 20 milyon lirə dəyərində qızıl yarpaqlı kitablar müsadirə edilib, 4 şübhəli haqqında məhkəmə prosesi başlanıb.