Ankoricdə görüşdə Tramp Putinin Ukrayna münaqişəsinin səbəbləri haqqında tarixi mühazirəsi zamanı səsini qaldırıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Financial Times” danışıqlardan xəbərdar olan mənbələrə istinadən xəbər verir.
Nəşrin mənbələrinə görə, Ankoricdəki görüş Putinin Ukrayna münaqişəsinin ilkin səbəbləri barədə tarixi mühazirəsi ilə başlayıb.
Görüşdə əvvəlcə əl sıxma və “Tramp üslubunda geniş təbəssüm” müşahidə olunub, lakin qapalı qapılar arxasında isti münasibət tez yoxa çıxıb.
Mənbələrin məlumatına görə, Putin ABŞ-nin atəşkəs müqabilində sanksiyaların yumşaldılması təklifini rədd edib və Ukraynanın Moskvanın tələblərini yerinə yetirməsi ilə münaqişənin sona çatacağını bildirib.
Daha sonra Putin Rurik, Yaroslav Müdrik kimi rus knyazlarını və XVII əsrin kazak atamanı Boqdan Xmelnitskini xatırladıb, bu isə Tramp üçün gözlənilməz olub.
Xuraman Etibarlı
İnterpress.az






