Antalyada köpək balığı qarmağa ilişibbackend

Antalyada köpək balığı qarmağa ilişib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın ən böyük sahil köpəkbalığı növlərindən biri olan Qum köpəkbalığı Antalyada balıqçılar tərəfindən tutulub.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Antalya Balıqçılıq Sığınağında gəmisi olan balıqçı Yusuf Kara balıq tutmaq üçün dənizə çıxıb. Dünyanın ən böyük sahil köpəkbalığı növlərindən biri olan Qum Köpəkbalığı Kəmər mahalının Beldibi sahillərində dostları ilə balıq tutan Kara tərəfindən tutulub.

1 metr uzunluğunda olduğu düşünülən köpək balığı uzun səylərdən sonra səthə çəkilib. Komanda balığın köpəkbalığı olduğunu görüb və heç bir zərər vermədən onu geri buraxıb.