“Apple” 19 ildən sonra nəhayət zəngli saat və bildirişlərin səsini ayırıb.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
“Apple” şirkəti 19 ildən sonra nəhayət zəngli saat və bildirişlərin səs səviyyəsini bir-birindən ayırıb.
“iOS 27” əməliyyat sisteminin beta versiyasında istifadəçilərin demək olar ki, iki onillikdir gözlədiyi və xahiş etdiyi yeni funksiya əlavə edilib.
Artıq zəngli saatın səsini sistemin digər səslərindən tamamilə ayrı şəkildə tənzimləmək mümkündür.
Yenilənmədən sonra cihazın parametrlər bölməsində üç müstəqil səs tənzimləyicisi əlçatan olacaq.
Bunlar zənglər, zəngli saat və taymerlər, həmçinin bildirişlər və sistem səsləri üçün nəzərdə tutulub.
Bu yenilik istifadəçilərə səsləri öz istəklərinə uyğun daha rahat və fərdi şəkildə idarə etməyə imkan verəcək.
Xuraman Etibarlı
İnterpress.az






