Alimlər aqressiv qarışqa növlərinin yayılması ilə bağlı həyəcan təbili çalırlar.
İnterpress.az xəbər verir ki, bu barədə Alman xəbər agentliyi Deutsche Presse-Agentur (DPA) məlumat yayıb.
Söhbət adətən Aralıq dənizində yaşayan və yüz minlərlə, hətta milyonlarla fərddən ibarət böyük koloniyalar təşkil edən “Tapinoma magnum”dan gedir.
Bu qarışqaların koloniyaları Almaniyanın Baden-Vürtemberq və digər bölgələrinin infrastrukturunu təhdid edir.
Kehl şəhərində artıq qarışqalar səbəbindən elektrik və internet kəsilib.
Xuraman Etibarlı
İnterpress.az