Aral gölünün xilası müzakirə ediləcəkbackend

Aral gölünün xilası müzakirə ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tacikistan və Türkmənistan ticari-iqtisadi, elmi-texniki məsələləri müzakirə edəcəklər.

İnterpress.az Tacikistan KİV-lərinə istinadən xəbər verir ki, bununla bağlı Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Tanqrıkuli Atahalliyevanın başçılıq etdiyi nümayəndə heyəti Düşənbəyə gəlib.

Tərəflər noyabrın 27-28-də Düşənbədə keçiriləcək Tacikistan və Türkmənistan hökumətlərarası komissiyasının 12-ci iclasında müzakirələr aparacaqlar.

Nümayəndə heyətlərinin həmçinin ekoloji problemləri, o cümlədən Aral gölünün xilası məsələlərini müzakirə edəcəyi gözlənilir.