Bu oktyabrın 1-nə Dövlət Neft Fondunun (ARDNF) əmlak kompleksinin dəyəri 3 239 milyon ABŞ dolları təşkil edib.
İnterpress.az xəbər verir ki, bu barədə Hesablama Palatasının Fondun gələnilki büdcəsinə verdiyi rəydə bildirilir.
Məlumata görə, bu, ötən il oktyabrın 1-i ilə müqayisədə 11,5 % çoxdur.
ARDNF-in əmlak kompleksinə Böyük Britaniyanın paytaxtı Londonun “West End” səmtində, Seynt Ceyms, 78 ünvanında yerləşən, dəyəri 193,5 milyon funt sterlinq (illik müqayisədə 10,9 % çox) təşkil edən ofis kompleksi, Rusiyanın paytaxtı Moskvanın biznes mərkəzində, Tverskaya, 16 ünvanında yerləşən, dəyəri 2 681 milyon Rusiya rublu (15,1 % az) təşkil edən “Qalereya Aktyor” ofis-ticarət mərkəzi, Fransanın paytaxtı Parisin Vendom meydanı, 8 ünvanında yerləşən, dəyəri 197,8 milyon avro (4 % az) təşkil edən daşınmaz əmlak kompleksi və Yaponiyanın paytaxtı Tokioda yerləşən, dəyəri 55,762 milyard yapon yeni (0,2 % çox) təşkil edən ticarət mərkəzi daxildir.