Argentina Prezidenti əməliyyat olunubbackend

Argentina Prezidenti əməliyyat olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Argentina Prezidenti Alberto Fernandes bel yırtığı əməliyyatı olunub.

Bu bərədə İnterpress.az xarici mətbuata istinadən xəbər verir.

“Sizə bildiririk ki, bu gün Prezident bel nahiyəsində yırtıq olduğu üçün əməliyyat olunub. Prezident artıq iqamətgahına gedib və o, bundan sonra da müvafiq nəzarət altında olacaq”, – Prezidentin həkim briqadasının yaydığı açıqlamada deyilir.

Qeyd edək ki, 63 yaşlı siyasətçiyə çərşənbə günü tibbi müayinə zamanı bel nahiyəsində yırtıq diaqnozu qoyulduqdan sonra ona ağrıkəsici iynə vurulub. O ağrılara baxmayaraq, öz iqamətgahında işləməyə davam edib.

Xatırladaq ki, onurğanın degenerativ xəstəlikləri qrupuna aid olan yırtıqlar əsasən bel və boyun nahiyələrində yaranır.