Ata və oğul SUP lövhələrində Latviyadan Rusiyaya KEÇDİLƏRbackend

Ata və oğul SUP lövhələrində Latviyadan Rusiyaya KEÇDİLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ata və oğul SUP lövhələrində Zilupe çayı ilə Latviyadan Rusiyaya üzüblər.

interpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, SUP lövhələrində çay boyunca gəzintiyə çıxan ailə Latviyadan  uzaqlaşaraq Rusiyaya getdiklərinin fərqinə varmayıb. Latviya sərhədçiləri onları görsələr də, artıq gec olub.

Onlar Rusiya gömrükçüləri tərəfindən saxlanılıb.

Latviya hüquq-mühafizə orqanlarının əməkdaşları qanunsuz keçidlə bağlı cinayət işi açıb və Rusiya Federasiyasına rəsmi sorğu göndəriblər.

Bu günə kimi nə kişi, nə də oğlu Latviyaya qayıtmayıb.

Xuraman Etibarlı

İnterpress.az