ATƏT sədri Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcəkbackend

ATƏT sədri Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcək.

“İnterpress.az” xəbər verir ki, o, bu barədə “X” hesabında yazıb.

“Bu gün Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci iclası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşəcəyəm və diplomatik əlaqələri davam etdirmək, davamlı sülh istiqamətində səyləri prioritetləşdirmək çağırışımı yeniləyəcəyəm”,- paylaşımda qeyd olunub.