Avropa Komissiyası OPEC-in neft hasilatını artırmaqla bağlı qərarını alqışlayırbackend

Avropa Komissiyası OPEC-in neft hasilatını artırmaqla bağlı qərarını alqışlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Komissiyası OPEC-ın iyul və avqust aylarında neft hasilatını artırmaq qərarını alqışlayır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Varşavada mətbuat konfransında çıxış edən bildirib.

“OPEC-in neft hasilatını artırmaq qərarını alqışlayıram. Bu, qiymət sabitliyinə töhfə verəcək”, – o deyib.

Qeyd edək ki, iyunun 2-də OPEC+ ölkələri iyul və avqust aylarında neft hasilatını sutkada 648 min barel artırmaq barədə razılığa gəliblər. Alyansın üzvləri sentyabr ayı hasilat kvotasını iyul və avqust ayları üçün bərabər bölüşdürmək qərarına gəliblər.