“Avroviziya”da qazandıqları kuboku 900 min dollara satdılarbackend

“Avroviziya”da qazandıqları kuboku 900 min dollara satdılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avroviziya 2022″nin qalibi olan Ukraynanın “Kaluş” qrupu qazandığı mükafatı satıb.

İnterpress.az xəbər verir ki, qrup üzvlərinin bir müddət əvvəl satışa çıxardığı mikrofon formasındakı kubok hərracda 900 min dollara alıcı tapıb.

Hərrac Sergiy Pritula xeyriyyə fondu tərəfindən keçirilib və keçmiş ukraynalı “Avroviziya” şərhçisinin yutub kanalında canlı yayımlanıb. Satışdan əldə olunan vəsait Ukrayna Silahlı Qüvvələrinə veriləcək üç təyyarə və yerüstü idarəetmə stansiyasından ibarət pilotsuz uçuş aparatları kompleksinin alınmasına sərf olunacaq.

Bundan başqa, qrup lideri Oleq Psyukun fonda könüllü ianə etdiyi çəhrayı papağı da hərraca çıxarılıb. Onu 1000 qrivniyə (57 manat) Çexiyadan olan bir adam alıb.

Qeyd edək ki, “Kaluş” qrupu “Stefania” mahnısı ilə yarışmaya qatılmışdı.