Avstraliyanın Viktoriya əyalətində qızıl mədəninin çökməsi nəticəsində 1 nəfər ölüb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
9News saytının xəbərinə görə, əyalət polisi Mount Clear bölgəsində yerli vaxtla saat 17:00 radələrində qızıl mədəninin çökdüyünü bildirib.
Hadisəyə müdaxilə edən polis və xilasetmə qrupları mədəndəki təhlükəsiz əraziyə sığınmağı bacaran 29 işçini xilas edib.
Polis təhlükəsiz əraziyə çata bilməyən və dağıntılar altında qalan iki işçidən birinin xilas edilərək xəstəxanaya yerləşdirildiyini və vəziyyətinin ağır olduğunu qeyd edib.
Dağılan şaxtanın altında qalan digər işçinin də öldüyü açıqlanıb.