Avstraliyanın Viktoriya və Yeni Cənubi Uels əyalətlərində (NSW) yüzlərlə tələbə Fələstinə dəstək üçün dərslərini tərk edib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Viktoriya əyalətində dərslərə getməyən yüzlərlə şagird küçələrdə gəzib.
Əllərində Fələstin bayraqları olan və keffiyeh geyinən tələbələr əllərində “Uşaqları bombalamaq özünü müdafiə etmək haqqı deyil” yazılı plakatlar tutaraq “Fələstinə azadlıq” şüarları səsləndiriblər.
Aksiyaya qatılan tələbələrdən Ayvi Qəzzada baş verən “soyqırım”a görə yürüşü təşkil etdiklərini bildirib.
Məktəblərdə daim siyasətin müzakirə edildiyinə diqqət çəkən İvi, İsrailin Fələstinə hücumlarına “susdurulduqlarını” bildirib.
Əlində meqafonla kütləyə müraciət edən bir şagird deyib: “Bu gün biz fələstinlilərin qətliam edildiyi bir vaxtda işlərin həmişəki kimi davam edə bilməyəcəyini söyləmək üçün məktəbdən kütləvi şəkildə çıxdıq”.
Yeni Cənubi Uelsin (NSW) Sidney şəhərində yüzlərlə tələbə Fələstinlə həmrəy olduqlarını göstərmək üçün dərslərə qatılmayıb.
Tələbələr Qəzzada daimi atəşkəs tələb edib və səlahiyyətliləri hücumları dayandırmaq üçün hərəkətə keçməyə çağırıblar.
Digər tərəfdən, yəhudi icmasının bəzi təbəqələri tələbələrin Fələstinə dəstək nümayiş etdirməsini pisləyib.