Gürcüstanın Batumi şəhərində 6 saylı avtobusun radiatorunun partlaması nəticəsində uşaq yanıb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir. Belə ki, uşağın anasının qeyd egtdiyinə görə, 6 yaşlı uşağın hər iki ayağı yanıb.
“Avtobusda oturmuşduq, qəfildən qaynar su çıxdı, dedilər ki, radiator partlayıb. Uşağın hər iki ayağı yandı”, – qadın bildirib. Batuminin avtomobil nəqliyyatı rəhbəri Levan Lazariaşvili məlumatı inkar edir.