Avtomobil yanaraq kül olubbackend

Avtomobil yanaraq kül olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın Marneuli rayonunun Qızılhacılı kəndində “Nissan” markalı avtomobil alışaraq yanıb kül olub.

İnterpress.az-ın məlumatına görə, bədbəxt hadisə Qızılhacılı kəndinin çıxışında meydana gəlib.

Avtomobil yanması ilə bağlı ilk versiyalara görə, elektrikdə olan problemlərdən qaynaqlanıb.

Hadisə yerinə təcili yardım, yanğın söndürmə briqadası və patrul polis cəlb olunub.