Dünya Axısxa Türkləri Birliyinin (DATÜB) sədri Ziyatdin Kassanovun təlimatı ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda II Qarabağ Savaşında qəhrəmancasına şəhid olan Axısxa Türkü şəhidlərinin cəmiyyətə tanıdılması istiqamətində layihə həyata keçirilib.
DATÜB-ün mətbuat katibi Mövlud Işık Yenicag.az-a açıqlamasında layihə çərçivəsində İkinci Qarabağ müharibəsi zamanı şəhid olan 9 axısxalı şəhidin xatirəsinin əbədiləşdirildiyini və onların hər birinin adına sənədli film hazırlandığını bildirib.
Mətbuat katibi qeyd edib ki, filmlərdə şəhidlərin döyüş yolundan, igidliyindən bəhs edilərək onlar haqqında valideynlərinin və yaxınlarının xatirələri, keçdikləri döyüş yolu barədə ətraflı məlumat verilir.
Yenicag.az sözügedən layihə çərçivəsində DATÜB dəstəyilə Mövlud Işık tərəfindən çəkilən və hazırlanan sənədli filmləri təqdim edir:
Şəhid İlham Məmmədov
Şəhid Zeynali Dursunov
Şəhid Batdal Bayraqdarov
Şəhid Elxan Muradov
Şəhid Səlim Cabbarov
Şəhid Musa Həmzəyev
Şəhid Alim Məhəmmədov
Şəhid Arif Həmzəyev
Şəhid Elyarbəy Məmmədov