Aygün Əliyeva QHT-lərlə onlayn görüş keçirdi – FOTObackend

Aygün Əliyeva QHT-lərlə onlayn görüş keçirdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2021-ci il kiçik qrant müsabiqəsinin qalibi olmuş QHT-lərlə onlayn formatda görüş keçirib.

İnterpress.az xəbər verir ki, görüşdə Agentliyin İcraçı direktoru Aygün Əliyeva layihələrin icrasından gözləntilər, 2022-ci il fevral ayından icrası başlanmış layihələrin idarəedilməsi, təsviri və maliyyə hesabatlarının hazırlanma qaydaları və onların təqdim olunması mövzuları barədə ətraflı çıxış edib.

QHT-lərə 2022-ci ilin qrant müsabiqəsi ilə bağlı bəzi yeniliklər haqqında məlumat verilib.

Görüşdə QHT-lərin sualları cavablandırılıb.