Azərbaycan güləşçisi Fransada erməniyə qalib gəldi – VİDEObackend

Azərbaycan güləşçisi Fransada erməniyə qalib gəldi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada klublararası güləş çempionatı start götürüb.

İlk turda Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasovun çıxış etdiyi “Şiltgem” komandası “Mets”lə üz-üzə gəlib.

87 kq çəki dərəcəsində mübarizə aparan idmançı iki görüş keçirib. Əvvəlcə fransalı Salamon Entoni üzərində 8:0 hesablı qələbə qazanan Abbasov daha sonra erməni güləşçi Edqar Xaçaryanı məğlub edib – 6:3.

Onun komandası yekunda 7:3 hesablı qələbə ilə ilk turu başa vurub.

Qeyd edək ki, Fransa çempionatı dekabrın sonunadək davam edəcək.