“Azərbaycan özünü Avrpada etibarlı enerji tərəfdaşı kimi sübut edib və Avropanın enerji təhlükəsizliyinə töhfə verir”.
İnterpress.az xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp “Twitter” hesabında yazıb.
“Bakı Enerji Həftəsinin açılışında iştirak etməkdən məmnunam. Böyük Britaniya Azərbaycanın COP26-da götürdüyü öhdəlikləri alqışlayır və daha da ambisiyalı hədəflər müəyyən edəcəyinə ümid edir”, – deyə diplomat vurğulayıb.