Azərbaycan Prezidentinin köməkçisi Türkiyənin ABŞ-dakı səfiri ilə müzakirələr aparıbbackend

Azərbaycan Prezidentinin köməkçisi Türkiyənin ABŞ-dakı səfiri ilə müzakirələr aparıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-da Türkiyənin Vaşinqtondakı səfiri Həsən Murat Mərcanla görüşüb. Görüşdə Türkiyə-Azərbaycan münasibətləri müzakirə edilib.

Bu barədə İnterpress.az-a Türkiyənin Vaşinqtondakı Səfirliyindən bildirilib.

Qeyd edilir ki, tərəflər Türkiyə ilə Azərbaycan arasında qardaşlıq münasibətlərini bir daha təsdiqləyiblər. Tərəflər regional məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Görüşdə Azərbaycanın Birləşmiş Ştatlardakı səfiri Xəzər İbrahim də iştirak edib.