Azərbaycan səfirliyinə hücumun pərdəarxası: “Məsuliyyəti birbaşa İran hakimiyyəti daşıyır”backend

Azərbaycan səfirliyinə hücumun pərdəarxası: “Məsuliyyəti birbaşa İran hakimiyyəti daşıyır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanın İrandakı səfirliyinə edilən hücum hər şeydən öncə diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Vyana Konvensiyası kobud şəkildə pozulmasıdır”.

Bu sözləri Azərbaycanın Tehrandakı səfirliyinə edilən silahlı hücuma toxunan olitoloqTuran Rzayev İnterpress.az-a açıqlamasında deyib.

O, bildirib ki, sözügedən hücum tamamilə siyasidir və məsuliyyəti birbaşa molla rejimi daşıyır:

“İranda etiraz aksiyalarının davam etdiyini nəzərə alsaq, məntiqlə İranda nəinki odlu silah, heç soyuq silah belə daşımaq mümkün olmamalıdır. Lakin səfirliyə hücum edən şəxs İranın paytaxtı Tehranda səfirlik binasının önünə qədər “Kalaşnikov” markalı avtomat ilə gəlsə də, heç bir hüquq-mühafizə və ya təhlükəsizlik qüvvələri tərəfindən yoxlanılmır. Digər tərəfdən hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yarıb xidmət rəisini qətlə yetirib, iki nəfər mühafizə əməkdaşını da yaralayıb. Bu, həmin şəxsin heç də sadə bir şəxs olmadığı, xüsusi təlim keçmiş biri olduğunu deməyə əsas verir. Mümkündür ki, həmin şəxsin SEPAH ilə birbaşa əlaqəsi var. İran tərəfi ilk öncə hadisəni törədən şəxsin erməni olduğuna dair informasiya yaysa da, daha sonra məlum oldu ki, hadisəni İran vətəndaşı Yasin Hüseynzadə törədib. Bu hadisənin məsuliyyəti birbaşa İran hakimiyyəti daşıyır.

Azərbaycanın İrandakı səfirliyinə edilən hücum hər şeydən öncə diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Vyana Konvensiyası kobud şəkildə pozulmasıdır. Hadisənin molla rejimi tərəfindən törədildiyi aşkarlanarsa və rəsmi şəkildə elan edilərsə, bu, müharibə səbəbidir.
Rəsmi Bakı ilk növbədə Vyana Konvensiyası kobud şəkildə pozulmasını əsas gətirib İrana sərt nota verməlidir. Hadisə ilə bağlı araşdırmanın nəticəsindən asılı olaraq diplomatik korpusumuz geri çağırıla bilər”.