Azərbaycan-Türkiyə birgə təlimi: “İran tərəfi təlimdən dərs çıxarmasa,…”backend

Azərbaycan-Türkiyə birgə təlimi: “İran tərəfi təlimdən dərs çıxarmasa,…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu təlim bir daha onu göstərdi ki, Tehran və Bakı arasında gərginlik hələ səngiməyib və qısa müddətdə səngiyənə də oxşamır”.

Azərbaycanla Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Azərbaycan-Türkiyə birgə təlimi keçirilir. Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edir. Təlimdə müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması, şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar da icra edilir.

Mövzu ilə bağlı politoloq Turan Rzayev İnterpress.az-a açıqlamasında bildirib ki, bu təlimlər həm də İrana gözdağı vermək mahiyyəti kəsb edir:

“Təlimlərin keçirildiyi ərazilər diqqət çəkir. Belə ki, təlimlər Bakı şəhərini, Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edir. Astara, Cəbrayıl və İmişli rayonları İranla sərhəd ərazilər hesab edilir. Rəsmi Bakı Türkiyə ilə birlikdə bu ərazilərdə təlimlər keçirərək bir müddət öncə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru qoşunlarının İranın şimal-qərb hissəsində, Azərbaycanla sərhəddə, Araz çayı boyunca keçirdiyi “Qüdrətli İran” adlandırdığı təlimlərə bir daha cavab vermiş oldu. Bu dəfə Türkiyə ilə birlikdə ortaq təlimlərin keçirilməsi İrana xəbərdarlıqdır.

Bundna başqa, təlimlərdə çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması, şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqların icra edilməsi xüsusi diqqət çəkir.
Bakı və Ankara təkcə cənubdan gələ biləcək təhdidlərə qarşı müdafiəni deyil, həmçinin Araz çayını keçməklə düşmənə layiqli cavab verə biləcəyini məşq edir. Bu isə o mənaya gəlir ki, lazım gəldikdə Araz çayı keçilə bilər. Ankara və Bakı Arazı keçməyi düşünməsə də, bunu edəcə biləcəyini göstərir. İran tərəfi Azərbaycan-Türkiyə birgə təlimindən dərs çıxarmasa, iki qardaş daha genişmiqyaslı təlimlər keçirə, həmçinin Xəzər dənizində birlik və bərabərlik nümayiş etdirə bilər”.