Azərbaycan vətəndaşları Almaniyadan geri qəbul edilibbackend

Azərbaycan vətəndaşları Almaniyadan geri qəbul edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 31-də “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş” çərçivəsində 32 nəfər Azərbaycan Respublikası vətəndaşı Almaniya Federativ Respublikasından ölkəyə geri qəbul edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.

Readmissiya olunan vətəndaşlar Heydər Əliyev Beynəlxalq Aeroportunda Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən ailə üzvlərinin iştirakı ilə qarşılanıblar. Geri qəbul prosesi Nazirlər Kabineti yanında operativ qərargahın pandemiya ilə əlaqədar müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib.

31 nəfər Azərbaycan vətəndaşı ailələrinin müşayiəti ilə yaşayış yerlərinə yola salınıblar. Readmissiya olunan şəxslərdən biri qalmağa yeri olmadığından, yaşayış yeri ilə təmin olunmaq məqsədilə Dövlət Miqrasiya Xidmətinə müraciət edib. Şəxsin müraciəti müsbət həllini tapıb. O, Xidmətin Bakı şəhərindəki müvafiq saxlama mərkəzində müvəqqəti yerləşdirilib. Bu gün isə həmin şəxs yaxın qohumları tərəfindən yaşayış yeri ilə təmin olunub.

 

 

İNTERPRESS.AZ