Azərbaycan XİN Livana başsağlığı veribbackend

Azərbaycan XİN Livana başsağlığı verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Livana başsağlığı verib.

İnterpress.az-ın xəbərinə görə, bu barədə XİN-in “Twitter” səhifəsində bildirilib.

“Beyrut limanında baş verən dəhşətli partlayışla bağlı xəbər bizi çox kədərləndirdi. Qurbanların ailələrinə, habelə Livan xalqına başsağlığı veririk. Yaralananların tezliklə sağalmasını arzulayırıq”, – deyə qeyd olunub.

Xatırladaq ki, Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində 100 nəfərdən çox insan ölüb, 4 mindən çox insan isə xəsarət alıb.

 

İnterpress.az