“Azərbaycana əsgər göndərmək Türkiyənin daxili işidir“ – Putinin sözçüsübackend

“Azərbaycana əsgər göndərmək Türkiyənin daxili işidir“ – Putinin sözçüsü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycana Türkiyə hərbçilərinin göndərilməsi ilə bağlı prezident Rəcəb Rayyib Ərdoğanın fərman layihəsi respublikanın qanunvericiliyində nəzərdə tutulan daxili prosedurdur.

İnterpress.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Türkiyə hərbi qüvvələrinin Azərbaycana göndərilməsi ilə bağlı sənədin ölkə parlamentinə daxil olması ilə bağlı məlumatı şərh edərkən bildirib.

“Məsələ ondadır ki, Azərbaycan ərazisində monitorinq mərkəzi olacaq. Ora Türkiyə hərbçilərini göndərmək lazımdır. Bu, Türkiyə Respublikasının qanunvericiliyində nəzərdə tutulan daxili prosedurdur. Bu, Türkiyənin daxili işidir. Azərbaycan ərazisində birgə monitorinq mərkəzinin yaradılması ilə bağlı razılıq əldə olunub.

 

İnterpress.az