Azərbaycana qanunsuz siqaret və mobil telefon aksesuarları keçirilməsinin qarşısı alınıbbackend

Azərbaycana qanunsuz siqaret və mobil telefon aksesuarları keçirilməsinin qarşısı alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, 2 fakt üzrə tütün məmulatlarının və telefon aksesuarlarının qanunsuz yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Bu barədə Komitə məlumat yayıb.

Bildirilir ki, Baş İdarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan ölkəmizə gələn “DAF” və “Renault” markalı yük nəqliyyat vasitələri saxlanılıb, avtomobilin sürücüləri şifahi sorğu sual olunublar.

Sorğu-sual zamanı sürücülər idarə etdikləri nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsələr də, yoxlama zamanı ümumilikdə 608 ədəd “iPhone” markalı mobil telefonun aksesuarları ilə birlikdə boş qutusu, 371 ədəd usb, 84 ədəd “Samsung” markalı mobil telefon qutusu və 4 ədəd qulaqlıq, həmçinin 38 min ədəd “Heets” markalı siqaret aşkar edilib.