Azərbaycanda daha bir yolun yenidən qurulmasına başlanıldıbackend

Azərbaycanda daha bir yolun yenidən qurulmasına başlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Muğanlı-İsmayıllı-Qəbələ yolunun yenidən qurulmasına başlanılıb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, ümumi uzunluğu 85,6 kilometr olan bu yol yenidənqurma nəticəsində doqquz kilometr qısalaraq, 76.6 kilometr təşkil edəcək. Mövcud ikizolaqlı avtomobil yolu genişləndirilərək, dörd hərəkət zolağından ibarət olacaq.

Trassa üzərində səkkiz ədəd körpü var. Bunlardan beş ədəd mövcud körpü dörd zolağa uyğun genişləndiriləcək, üç ədəd körpü trassanın dəyişdirilmiş yeni ox üzərində yenidən dörd zolağa uyğun layihələndirilib tikiləcək.

 

İnterpress.az