Azərbaycanda ev təsərrüfatlarının 52%-nin genişzolaqlı internetə çıxışı varbackend

Azərbaycanda ev təsərrüfatlarının 52%-nin genişzolaqlı internetə çıxışı var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində bu ilin yanvar-oktyabr aylarında 700 minə yaxın ev təsərrüfatı genişzolaqlı internetə çıxış imkanı əldə edib və ümumilikdə 1,5 milyona yaxın ev təsərrüfatı genişzolaqlı internetlə əhatə olunub.

İnterpress.az nazirliyə istinadən xəbər verir ki, bu, ölkədəki ev təsərrüfatlarının 52 %-ni təşkil edir və cari ilin sonuna kimi bu rəqəmin 60 %-ə çatdırılması hədəflənib.

Layihə çərçivəsində dövlət-özəl tərəfdaşlıq modeli əsasında bir neçə telekommunikasiya operatorunun birgə səyləri nəticəsində minimum 25 Mbit/s internet sürəti ilə ölkənin əksər regionlarını əhatə edən genişzolaqlı şəbəkə qurulacaq.

Hazırda şəhər və kəndlərin GPON (Gigabit Passive Optical Networks) texnologiyası əsasında yüksəksürətli, genişzolaqlı internetlə təmin edilməsi istiqamətində işlər gedir. Bu texnologiya üzərindən vətəndaşlar istər ancaq telefoniya xidmətinə qoşula, istərsə də “internet + telefoniya”, “internet + televiziya (ikisi birində)” və “internet + telefoniya + televiziya (üçü birində)” paketlərini əldə edə bilərlər. Ödənişlər abunəçilərin qoşulduğu xidmətlərə uyğun hesablanır.

Sözügedən layihə üzrə görülən işlərin 2024-cü ilin sonuna kimi yekunlaşacağı planlaşdırılır.