Bu ilin yanvar-oktyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 5 milyard 235,96 milyon manat təşkil edib.
İnterpress.az DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,7 % çoxdur.
Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 19,3 % artaraq 1 milyard 357,049 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 10 % artaraq 3 milyard 655,747 milyon manat, aksizlər üzrə daxilolmalar 39,3 % artaraq 186,651 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 30,6 % azalaraq 36,513 milyon manat olub.