Azərbaycanda koronavirus vaksinasiyası müzakirələrdə – FOTObackend

Azərbaycanda koronavirus vaksinasiyası müzakirələrdə – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikası Səhiyyə Nazirliyində bir sıra görüşlər keçirib.

Bu barədə TƏBİB-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Türkiyə Respublikası Səhiyyə nazirinin müavini Əminə Alp Meşe ilə görüşdə iki qardaş ölkənin birlikdə vaksin əldə etmə imkanları, vaksinasiya strategiyası, ilk növbədə vaksin vurulacaq qrupların müəyyən edilməsi istiqamətində müzakirələr və təcrübə mübadiləsi aparılıb.

 

İnterpress.az