Azərbaycanda məktəbə HÜCUM -FOTObackend

Azərbaycanda məktəbə HÜCUM -FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naməlum şəxslər Tərtərdə məktəbə hücum edib.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, hadisə Şıxarx kəndindəki 2 saylı tam orta məktəbdə baş verib. Məktəbin bir sıra otaqlarını, avadanlıqlarə naməlum şəxslər dağıdıb.

Tərtər rayon Sarvan Quliyev adına Şıxarx kənd 2 saylı tam orta məktəbinin direktoru Tofiq Hacıyev bildirib ki, hadisə 10-15 gün əvvəl olub. Direktor bu barədə rayon Təhsil Şöbəsi, İcra Hakimiyyəti və Polis Şöbəsinə məlumat verildiyini bildirib.

Hadisənin törədənlərin kimliyi hələlik məlum deyil.

Qeyd edək ki, məktəbdə Vətən müharibəsi dövründə ermənilərin artilleriya zərbələri nəticəsində evləri dağılan kənd sakinləri məskunlaşıb.