Azərbaycanda nə qədər narkoman var? – Rəsmibackend

Azərbaycanda nə qədər narkoman var? – Rəsmi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2020-ci ilin statistikasına əsasən Azərbaycanda 33 788 nəfər qeydiyyatda olan narkotik maddə istifadəçisi var.

Ybunu Respublika Narkoloji Mərkəzin baş həkimi Orxan Cəfərov bildirib.

O. Cəfərovun sözlərinə görə, onlardan 618 nəfəri qadındır:

“15-17 yaş aralığında narkotik maddədən istifadə edənlərin sayı 9, 18-24 yaş qrupunda olanlar 2242 nəfərdir. 65 yaşdan yuxarı insanlar arasında narkotik maddədən istifadə edənlərin sayı 207-dir”.

Baş həkim deyib ki, 2020-ci ildə narkotik maddələrdən istifadə edən 2723 nəfər qeydiyyatdan çıxarılıb.