Azərbaycanda oynamış futbolçu Ukraynada döyüşlərə qatılıbbackend

Azərbaycanda oynamış futbolçu Ukraynada döyüşlərə qatılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kəpəz” klubunun sabiq futbolçusu Aleksandr Sıtnik ölkəsi Ukraynada döyüşlərə qoşulub.

38 yaşlı hücumçu Slavyansk şəhərinin müdafiəsində iştirak edir.

İlk günlərdə səngərdən-səngərə qaçdığını deyən forvard nə baş verdiyini anlamadığını bildirib: “Əvvəl gizlənirdim. Amma artıq öyrəşmişəm. Daha doğrusu, buna alışmaq qeyri-mümkündür. Anlayıram ki, başımın üstündən mərmilər uçur və istənilən vaxt mənə dəyə bilər. Sadəcə, indi qorxu yoxdur, müəyyən təcrübə qazanmışam”.

Qeyd edək ki, Aleksandr Sıtnik 2015/2016 mövsümündə “Kəpəz”də çıxış edib.