Azərbaycanda peyvənd olunmaq istəyən kişi poliklinikanın şüşəsini sındırdı, həkimlər yaralandı – VİDEObackend

Azərbaycanda peyvənd olunmaq istəyən kişi poliklinikanın şüşəsini sındırdı, həkimlər yaralandı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhərində fəaliyyət göstərən 7 saylı Şəhər Poliklinikasında vaksinasiya prosesində gərginlik yaşanıb.

Bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, arvadı ilə vaksinasiya növbəsinə gələn kişi poliklinikanın qapısını sındırıb.

, hadisə ötən gün axşam saat 18:40 radələrində baş verib:

“Növbədə dayanan vətəndaşlardan bir neçəsi sosial məsafənin qorunması üçün növbəli şəkildə tibb müəssisəsindən içəri buraxılır və qapı bağlanır. Həmin şəxs və həyat yoldaşı poliklinikanın qapısını sındıraraq içəri daxil olub və 3 həkimə xəsarət yetirib”.

Qurumdan qeyd edilib ki, faktla bağlı artıq hüquq mühafizə orqanlarına rəsmi müraciət olunub.