Azərbaycanda problemli kreditlərin xüsusi çəkisi ilk dəfə 2 %-dən aşağı düşübbackend

Azərbaycanda problemli kreditlərin xüsusi çəkisi ilk dəfə 2 %-dən aşağı düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il noyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 440,4 milyon manat təşkil edib.

İnterpress.az  Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, oktyabrın 1-i ilə müqayisədə 15,3 % azdır.

Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 25,8 %, son 1 ildə isə 31,8 % azalıb.

Bu il oktyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,9 % təşkil edib. Bu nisbət sentyabrın sonuna 2,3 %, ötən ilin sonuna 2,9 %, ötən il oktyabrın sonuna isə 3,2 % olub.