Azərbaycanda vergi daxilolmaları 4 % artıbbackend

Azərbaycanda vergi daxilolmaları 4 % artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 % çox – 14 milyard 593,5 milyon manat vəsait daxil olub.

İnterpress.az xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“O cümlədən, son 1 ildə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 19,2 % artaraq 8 milyard 387,4 milyon manata çatıb”, – deyə o qeyd edib.